Bakıda ağır-yol yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki iyunun 23-də saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov “QAZel” markalı avtomobillə qardaşının qızı – 1 yaşlı Məryəm Hüseynovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.