Birlik yeni layihənin icrasına başladı

728

Vətəndaş Maarifləndirilməsi İctimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin sosial problemlərin həllinə dəstək” layihəsinin icrasına başlayıb.

Birlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, layihə icraçıları ilə əmək müqavilələri bağlanıb, layihənin tədbirlərinin vaxtında və uğurla həyata keçirilməsi işçilər arasında iş bölgüsü aparılıb, konkret vəzifələr müəyyən edilib. Qeyd edək ki, yeni layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların, əlillərin, şəhid ailələrinin hüquqi maarifləndirilməsi, onların problemlərini cəmiyyətin diqqətinə çatdırmaq, cəmiyyətin bu kateqoriyadan olan insanlara münasibətini dəyişmək, həmçinin onların problemlərinin həllində cəmiyyətin dəstəyinə nail olmaqdır.

Layihədə qarşıya qoyulan məqsədə nail olmaq üçün layihə çərçivəsində əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin, şəhid ailələrinin hüquqi maariflənməsinə xidmət edən bukletlərin çap edilib yayılması, öz bacarığı, səyi, iradəsi ilə dövət idarəçiliyində, biznes sektorunda müəyyən uğur qazanmış əlillərin həyatı və fəaliyyəti ilə bağlı uğur hekayələrinin hazırlanıb mətbuatda işıqlandırılmasıdır.

Həmçinin layihə çərçivəsində əlillərin məşğulluğunun təmin olunmasına kömək məqsədilə qanunvericilikdə nəzərdə tutulan kvota barədə sahibkarlara qanunvericiliyin bu tələbi ilə bağlı rəsmi məktubların göndərilməsi, əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası işlərinin həyata keçirilməsi qarşıya məqsəd qoyulub.

Eyni zamanda cəmiyyətin əlillərə diqqət və qayğının artırılması məqsədi ilə mədəni-kütləvi tədbirlərin təşkili, sosial şəbəkələrdə əlil və sağlamlıq imkanları məhdud olan uşaqların şəbəbəkələşməsinə və bu şəbəkələrdə unsiyyət qurmalarının dəstəklənməsi və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində həyata keçirilən bütün tədbirlərə TV və mətbuat işçiləri dəvət olunacaq. Həmçinin, hər bir tədbirdən sonra dərhal press-relizlər hazırlanaraq emaillər vasitəsilə yayılacaq, internet saytlarında, bloqlarda, sosial şəbəkələrdə yayılacaq.

Vətəndaş Maarifləndirilməsi İctimai Birliyi 2006-cı ildə yaradılmış və Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınıb. Birlik yarandığı vaxtdan müxtəlif mövzularda 10-dan artıq layihə icra edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər