“Bizim Şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi təlimlərə başladı

867

“Bizim Şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Sumqayıt orta ümumtəhsil məktəblərində peşəyönümü işinin təşkili prosesinin dəstəklənməsi” layihəsi çərçivəsində təlim təşkil edilmişdir.

Sumqayıt şəhər 16 saylı orta məktəbdə keçirilən təlimdə 25 şagird iştirak etmişdir. Təlimi “Karyera Bələdçisi” kitabının müəllifi Eyvaz Qocayev aparıb. Təlimdə şagirdlərə insan həyatında peşənin rolu, peşə seçimində özünü tanıma faktoru, peşələr  və xüsusiyyətləri, gələcəkdə daha çox tələbatın olduğu peşələr, düzgün peşə seçiminə təsir edən amillər, peşə hazırlığı, peşəyə necə yiyələnməli, universitet seçimi kimi mövzular ətrafında müzakirələr aparılmışdır. Təlim zamanı peşə yönümünün müəyyənləşdirilməsi üçün aparılan psixoloji test  şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Təlim interaktiv metodla aparılmışdır və şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildirmişdir. Məktəb psixoloqunun da iştirak etdiyi təlimdə qərara alınmışdır ki, məktəbdə bu cür təlimlər tez-tez keçirilməlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər