Boğaz kəsən şəxs: “Yaxşı eləmişəm, vurulmalı idi, vurdum…”

890

Xəbər verildiyi kimi bu gün Sumqayıt mikrorayonlarının birində boğazı kəsilmiş cavan oğlanın meyidi tapılıb. Dərhal araşdırmalara başlayan əməliyyatçılar öldürülənin Namiq, təqsirkarın isə Ceyhun adlı şəxs olmasını müəyyən edib.

Məlum olub ki, 37 yaşlı Ceyhun Camalov pul borcu üstündə yaranan münaqişə zəminində özündən 12 yaş kiçik olan tanışı Namiq Səfərəliyevi 12-ci mikrorayonda 4 nömrəli binanın qarşısına görüşə çağırıb. Əvvəl Namiqdən borcunu tələb edib. Pulu verə bilməyəcəyini eşidəndə isə ona bədənin müxtəlif nahiyyələrindən 10-a yaxın bıçaq zərbəsi vurub.

Ən dəhşətlisi isə ürəyi soyumayan Ceyhunun Namiqin boğazını kəsməsidir. Saxlanılan Ceyhun Camalov deyir ki, onun borcu var idi: “Tutdum vurdum. Yaxşı eləmişəm, vurulmalı idi, vurdum”.

Namiq Səfərəliyevi öldürdükdən sonra Ceyhun soyuqqanlılıqla hadisə yerindən uzaqlaşıb, amma azadlıqda çox qala bilməyib. Sumqayıt şəhər Prokurorunun böyük köməkçisi Pəviz Əliyevin sözlərinə görə, Ceyhun Camalov hadisədən sonra gizlənib: “Aparılmış əməliyyat tədbirləri nəticəsində o ələ keçirilərək istintaqa cəlb edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Əvvəllər o 177.1-ci maddəsi ilə məhkum olunub”.

Namiq Səfərəliyevi xüsusi amansızlıqla qətlə yetirən C.Camalovu törətdiyi bu əmələ görə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər