Bu gün sumqayıtlı gəncin məhkəməsi olacaq

666

Bu gun saat 2-də Sumqayıt Apelyasiya Məhkəməsində hakim Azər Hüseynovun sədrliyi ilə Sumqayıtlı gənc Cabbar Savalanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqliği ilə əvəz olunması barədə onun vəkilləri tərəfindən verilmiş vəsatətin təmin olunmamasına dair Sumqayıt şəhər Məhkəməsinin qərarından verilmiş Apellyasiya şikayətinə baxılacaq.  Bu barədə sumqayitxeber.com saytına həbs olunan gəncin vəkili Anar Qasımov məlumat verib.

Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin II kurs tələbəsi olan Cabbar Savalanlı fevralın 5-də tutulub. Rəsmi açıqlamaya görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları onun üzərindən 0,74 qram tiryək tapıblar.

Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) iş açılıb. Fevralın 7-də Sumqayıt Apellyasiya Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər