Bu məktəbin şagirdləri “Yaşıl dünya naminə” həmrəy oldular-VİDEO

597

Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalamasından sonra ölkədə bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri də bu mövzu ilə bağlı cəmiyyətə bir sıra töhfələr verir və keçirilən tədbirlərlə cəmiyyəti yaşıl dünya naminə həmrəy olmağa çağırır.

Heydər Əliyev Mərkəzində təşkil edilən növbəti tədbirdə Sumqayıt şəhər 33 saylı tam orta məktəbin 3 c sinfinin müəllim və şagird heyəti diqqət mərkəzində olub. “Yaşıl dünya naminə həmrəy olaq” devizi altinda keçirilən “Yaşıl gələcək” adlı tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Təhsil idarəsinin nümayəndələri, şəhid ailələri, pedoqoji kollektiv və valideynlər iştirak ediblər.

Tədbirdə gələcəyimiz olan uşaqların Yaşıl dünya naminə həmrəyliyini nümayiş etdirən video çarx nümayiş olunub.

Ardınca 33 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Arzu Şərifova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təhsil müəssisəsində keçirilən tədbirin mahiyyəti haqqında məlumat verib.Tədbbirdə çıxış edən digər qonaqlar “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsinin ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətin genişləndirilməsinə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin intensivləşməsinə töhfə verdiyini vurğulayıblar. Eyni zamanda ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkməkdən ibarət olduğunu bildiriblər.

Çıxışlardan sonra məktəbin şagirdlərinin hazırladığı müsiqi, rəqs və səhnəciklərdən ibarət bədii kompazisiyalar təqdim olunub.

Sonda məktəbin şagirdləri yaşıl dünya naminə həmrəy olduqlarını göstərmək üçün yaşıl dünyanı əks etdirən qabda ağac əkiblər və bununla təbiəti qorumağın vacibliyi haqda cəmiyyətə xüsusi mesajötürüblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər