“Buranı bazara çevirməyin!” - Narazılıq böyüyür: Videoya görə işdən çıxarılan həkimə dəstək + VİDEO

1872
Xəbər verdiyimiz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olmuşdu. Bir neçə gün əvvəl tərəflər arasında mübahisəni əks etdirən video sosial şəbəkələrdə yayılmışdı.
Direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb.
Bu hadisədən sonra Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yeni şöbə rəisləri və bəzi həkimlərə töhmət, bir neçə həkimi isə vəzifəsindən azad edib. Məsələ ilə bağlı həkimlər öz narazılığını bildiriblər.
Həqiqət Qədirova isə həkimlərə xəbərdarlıq edərək bu sözləri deyib: “Buranı bazara çevirməyin!”/unikal.org

BİZİ FACEBOOK SƏHİFƏMİZDƏN İZLƏYİN:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər