Ceyhun Bayramov: “Sumqayıtda məktəbəhazırlıq səviyyəsi üzrə qəbul elektron sistem vasitəsilə aparılacaq”

2229

“Son 5 il ərzində təhsilin məzmunu sahəsində bir çox dəyişikliklər həyata keçirilib. Ölçülə bilən göstəricilərə nəzər salsaq görərik ki, xeyli nailiyyətlərə imza atılıb”.

“Report” xəbər verir ki, bunu təhsil Naziri Ceyhun Bayramov “ADA” Universitetində keçiriləm 3-cü Beynəlxalq Elmi Təhsil konfransının açılış mərasimində deyib.

Nazir bildirib ki, ümumtəhsil səviyyəsində yeni kurikulumunun tətbiq olunması böyük uğurdur: “Artıq gələn il bu sistem üzrə təhsil alanlar məzun olacaqlar. İlkin beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən, yeni proqramla (kurikulum) tədris aparılan şagirdlərin nailiyyətləri əvvəlki ənənəvi sistemdə təhsil alan şagirdlərin nəticələrindən aşağı deyil”.

C.Bayramov qeyd edib ki, son 4 il ərzində uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunma əhatəliliyini  24 faizdən 65 faizə çatdırılmasına nail olunub: “Bu rəqəmi ölkə üzrə 90 faizə çatdırmaq niyyətindəyik. Növbəti tədris ilindən Gəncə, Sumqayıt və Abşeronda məktəbəhazırlıq səviyyəsi üzrə qəbulun elektron sistem vasitəsilə aparılması nəzərdə tutulur”.

O əlavə edib ki, müəllimlik peşəsinə üz tutan və işləmək istəyən insanların artım dinamikası son 3 il ərzində 300 faiz artıb: “Pedaqoji təhsilin məzmunu, müəllim-şagird münasibətləri və bir sıra bu istiqamətdə bağlı olan göstəricilərə dair araşdırılmalar aparılır. Tədqiqatların aparılması bundan sonra da davam edəcək. Peşəkar kadrların hazırlanması istiqamətində aktiv işlər aparılır. Gələcəkdə də bu sahədə bir sıra dəyişikliklər olacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər