Çin şirkəti Sumqayıt Kimya Sənaye Parkına investisiya yatırmaq istəyir

491

“Sumqayıt Kimya Sənaye Parkında bu il yeni rezidentlərin fəaliyyətə başlaması gözlənilir”.

Oxu.Az-ın məlumatına görə, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifələrini icra edən Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkında rezidentlik statusu almaq üçün 3 şirkət müraciət edib:

“Həmin şirkətlərin ikisi yerli, biri isə Çin kapitallı xarici şirkətdir”.

Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Mövcud layihələr üzrə əlavə 312 milyon manat investisiyaların qoyulması və 1300-dək yeni iş yerlərinin yaradılması nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər