DEPUTAT VƏ VƏTƏNDAŞ ƏMƏKDAŞLIĞI

781

Bildiyiniz kimi, bu ilin noyabrın 7-də Azərbaycanın qanunverici orqanı olan Milli Məclisə növbəti seçkilər keçiriləcək. Bütün bunları nəzər alaraq, qeyd edim kimi toxunduğum mövzu seçicilər üçün maraqlı olardı.

Parlamentin fəaliyyətində şəffaflığın təmin olunması vətəndaşlarla millət vəkilləri arasında davamlı əməkdaşlıqdan xeyli dərəcədə asılıdır. Demokratik dövlətlərin təcrübəsi göstərir ki, bu əməkdaşlıq qarşılıqlı inamın və etimadın güclənməsi, ictimai təşəbbüskarlığın artırılması və vətəndaşların qərarların qəbulu prosesinə cəlb edilməsində mühüm yerlərdən birini tutur. Belə əməkdaşlıq nəticə etibarı ilə deputatların məsuliyyət və hesabatlılığının artırılmasına, ümumilikdə isə parlamentin fəaliyyətində şəffaflığın təmin olunmasına əhəmiyyətli təsir göstərir.

DEPUTATLA GÖRÜŞÜN KEÇIRILMƏSINƏ DAIR

Görüşü necə təşkil etməli

Deputatın yerli seçki dairəsindəki ofisinə zəng edib və görüş təyin edin. Ola bilər ki, siz deputatla əlaqə saxlaya bilməyəsiniz. Belə olan təqdirdə əsas məlumat mənbəyi olan deputatın köməkçisi ilə əlaqə saxlayın. Onun adını qeyd edin. Köməkçiyə təşkilatınızın işi haqqında məlumat verin və məqsədinizin qısa xülasəsini verin. Deputatlar konkretliyi qiymətləndirlər.

Əgər sizin deputat şəhərdən kənardadırsa və ya sizinlə görüşmək üçün çox məşğuldursa, o halda onun köməkçisi ilə görüşün. Deputatın seçki dairəsi üzrə köməkçisi bu proseslərdə əsas rol oynayır və yerli məsələlər haqqında depuata məlumat verir. Görüşün vaxtının qərara alınmasını onun cədvəlinə uyğun planlaşdırın.

Görüşün vaxtı və yeri barədə aşağıdakı məlumatları məktubunuza daxil edin:

  1. 1. Müzakirə ediləcək məsələlər və bununla nəyə nail olmaq istədiyinizin aydın izahı
  2. 2. Görüşdə iştirak edəcək qrup üzvlərinin siyahısı və onların vəzifələrinin müəyyən edilməsi.

Əgər sizin deputat qanunla yol verilən digər fəaliyyətlə digər fəaliyyətlə məşğul olursa, onda görüş almaq nisbətən uzun müddət çəkə bilər və bu görüşlərin özü son dəqiqələrdə belə dəyişə bilər.

Məktubunuza cavab almaq üçün, köməkçiyə vaxtaşırı zənglər edin və xahişinizin nə yerdə olduğunu soruşun.

DEPUTATA NECƏ  MÜRACƏT ETMƏK LAZIMDIR?

Deputatınızı tanıyın, onun haqqında məlumat toplayın. Məlumatlar parlamnetin və ya deputatın mənsub olduğu siyasi qurumun veb saytlarından da götürülə bilər. Deputatın partiya mövqeyini öyrənin. Yadda saxlayın ki, bütün deputatlar öz patriyalarının yürütdüyü siyasəti dəstəkləməkdə maraqlıdırlar. Müzakirələr zamanı bu məlumatlardan istifadə edin.

Deputatlar bir qayda olaraq çoxlu sayda məktub alırlar və bu məktubların icra olunma şansını artırmaq üçün müəyyən metodlar mövcuddur.

  1. Müracitəinizi A4 vərəqində çox qısa və aydın hazırlayın. Hər bir məktubu fərdi yazmağa çalışın.
  2. Xahiş edin ki, sizin məktublara cavab müsbət olsun və onların bu işi görmələri barədə yazılı razılıq alın.
  3. Məktubda adıçəkilən məsələlərin sayı nə qədər az olarsa bir o qədər deputat tərəfindən icra olunma şansı artar.
  4. Fikirlərinizi aydın və dəqiq ifadə edin. Yaxşı fikirin məntiqli şəkildə inkişaf etdirilməsi imkanları var.
  5. Əgər görüş keçirilməsi üçün xahiş edirsinizsə

–         ayın tarixi və vaxt baxımından dəyişkən olun,

–         onların bu görüşə razılıq verməsini yazılı şəkildə etmələrini xahiş edin,

–         görüşdə neçə adamın iştirak edəcəyini qeyd edin.

Yaxşı olardı ki, işlədiyiniz yerin aid olduğu seçki dairəsinin deputatı ilə yox (fərz edək ki, onlar müxtəlif insanlardır) yaşadığınız yerin daxil olduğu seçki dairəsinin deputatı ilə əlaqə saxlayasınız. Yadda saxlayın ki, siz də bir seçicisiniz və beləliklə də deputat digər bir deputatın seçicisinin deyil, öz seçicisinin problemləri ilə məşğul olmaqda maraqlıdır.

Deputata görüşdən öncə qaldırmaq istədiyiniz məsələlər barədə ətraflı məlumat verin. Mədəni və nəzakətli olun. Kimisə narahat etməklə heç nə əldə etmək olmaz. Digər seçicilərin də sizin narahaylığınıza şərik olduğunu xüsusilə vurğulayın. Deputatınızın verdiyi hər hansı xüsusi bir şərhi dərhal qeyd edin.

SİYASİ FİKİRLƏR

Əgər siz deputatın partiyasını dəstəkləyirsinizsə danışmağa dəyər. Və eləcə də, siz bitərəf seçicisinizsə, siz deputata eyham vura bilərsiniz ki, onun sənin naminə mənafeyi naminə olan fəaliyyəti seçkilərdə səsvermə baxımından ödənilə bilər. Lakin birbaşa tənqidlər sizin işinizə kömək etməyəcək!  Tənqiddən daha çox problemin həlli yollarını təklif etməklə konstruktiv fikirlər irəli sürün. Deputatı sizin problemlərinizə qulaq asmağa nə vadar edəcəyi üzərində dərindən düşün. Bununla, siz deputatın diqqətini çəkmiş olacaqsınız.

TELEFONLA MÜRACİƏT EDƏRKƏN

Parlamentin üzvlərinin iki ofisləri olur: biri parlamentin özündə, digəri isə öz seçki dairələrində. Parlament üzvləri daha çox öz dairələrində cümə günündən bazar ertəsinə qədər olmağa üstünlük verirlər.

–         Söhbətinizi qısa və nəzakətli şəkildə aparın

–         Deputatın nə edəcəyini ona aydın şəkildə izah edin

–         Əgər əlaqə saxlamaqda çətinlik çəkirsinizsə, həvəsdən düşməyin. Deputatlar yüzlərlə zəng alırlar. Onların sizdən qaçmağa çalışdıqlarını düşünməyin.

–         Sizin DSK ofisinin nömrəsi yerli telefon kitabçasında olacaq

E-MAİLLƏ MÜRACİƏT

Bəzi parlament üzvləri e-mailin sırf istifadəçiləridir və bunu seçicilərlə əlaqə saxlamağın ən asan yolu hesab edirlər. Amma digərləri ondan istifadə etməməyə üstünlük verirlər. Bunun üçün deputatın müvafiq seçki dairəsindəki ofisindən hansı yolla əlaqə saxlamağın məqsədəuyğun olduğunu öyrənmək lazımdır. E-mail yazarkən, tətbiq olunan qaydaların əksəriyyətinə riayət edin. Seçici olduğunuzu göstərmək üçün tam adınızı və ünvanınızı daxil edin.

DEPUTATLA ŞƏXSƏN GÖRÜŞÜRKƏN

Əksər deputatlar hər cümə və ya şənbə günləri öz seçiciləri üçün qəbul saatları keçirir. Onların ofisinə zəng edib öyrən ki, belə qəbul saatları keçirilir və qəbula dşmək üçün sizə “vaxt” yazdırmaq lazımdırmı?

Görüşdən qabaq

Qaldırmaq istədiyiniz məsələlərin əsas bəndlərini qeydlərini qabaqcadan fikirləşin. Məsələlərin nəticələrini qabqacadan görməyə çalışın. Deputatın gətirə biləcəyi əks arqumentlər haqqında qabaqcadan fikirləşin. Məsələlərin nəticələrini qabaqcadan görməyə çalışın.

Görüş zamanı

Görüşü qısa edin. Qabaqcadan onun nə qədər boş vaxtı olduğunu soruşun. Vacib bəndləri izləmək üçün özünüzdə qeydlər aparın. Əgər sizə çətin sual versələr, narahat olmayın. Yaxın vaxtlarda bu sualı araşdırıb, cavab tapacağınızı bildirin. Şikayətinizi qısa xülasəsini və deputatdan xahiş etdiyiniz işi yazın.

Deputat xahiş olunan bir işlə məşğul olmaq istəmədiyi üçün mövzunu dəyişə bilər. Çalışın ki, deyəsiniz: “Bilirik vaxtınız qiymətlidir amma biz sadəcə bir məsələni müzakirə etməyə gəlmişik. əgər bizə çox vaxt ayırsaydınız, özümüzü xöşbəxt hiss edib daha böyük məsələlər haqqında danışardıq”.

Bütün bunları nəzərə alaraq onu əlavə edim ki, özünüzə həqiqi millət vəkili seçəcəyiniz barədə dərindən fikirləşin ki, sonra gec olmasın.

RAMİL ZEYNALLI

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər