Deputatlar Muxtar Babayevlə Sumqayıtın ekoloji durumunu müzakirə ediblər

520
Bu gün Sumqayıt şəhərindən Milli Məclisə seçilən deputatlarla Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və “Təmiz şəhər” ASC-nin sədri Etibar Abbasov arasında görüş keçirilib.

Azvision.az xəbər verir ki, deputatlar Müşfiq Məmmədli, Tahir Mirkişili, Hicran Hüseynova və Emin Hacıyevin qatıldığı görüş Balaxanıda Bakı bərk məişət tullantılarının yandırılması zavodunda baş tutub.

Görüş zamanı Sumqayıt şəhərində tullantı materiallarının utilizasiyası və emalı ilə bağlı şəhər ictimaiyyətini narahat edən məsələlər, Sumqayıt şəhərində ekoloji vəziyyətin tənzimlənməsi ilə bağlı lazım olan tədbirlərin həyata keçirilməsi üçün zəruri texnologiyaların tətbiqi yönündə fikir mübadiləsi aparılıb. Deputatlar Sumqayıtın hazırkı ekoloji durumu ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Müzakirələrdən sonra deputatlar “Təmiz Şəhər” ASC-nin tərkibində olan Bakı Bərk Məişət Tullantıları Zavodunun, Balaxanı şəhər Tullantılarının zərərsizləşdirilməsi poliqonunun iş prinsipləri ilə əyani şəkildə tanış olublar. Görüşdə həmçinin, deputatlar analoji müəssisələrin Sumqayıt şəhərində də qurulması və tətbiqi ilə bağlı müzakirələr aparıblar.

Millət vəkilləri Balaxanı Sənaye parkında fəaliyyət göstərən rezidentlərlə tanış olub və onların fəaliyyətlərin müşahidə ediblər. Növbəti görüşün Sumqayıt şəhərində müvafiq icra orqanları ilə keçirilməsi nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər