Milli Məclisin deputatı Azərbaycanda təhsil ilinin sentyabrın 1-də başlanmasını təklif edib.
Bunu Milli Məclisin deputatı Tahir Kərimli bu gün keçirilən plenar iclasda çıxışı zamanı bildirib.
Deputat vurğulayıb ki, dərslərin sentyabrın 15-də başlanmaı təshil sisteminin pozulmasına səbəb olur: “Yeni tədris ilinin sentyabrın 15-də başlanması istirahət və məktəbə hazırlıq məsələlərində valideynlər üçün xeyrli ola bilər: “Lakin uşaqların yaxşı təhsil alması üçün yenidən dərs ilin sentyabrın 1-də qaytarılması daha düzgün olardı”.
Deputat çıxışı zamanı məktəblərdə dərs yükünün çox olması məsələsinə də toxunub: “Uşaqlara yüklənən vəsait onların sağlamlığına ziyan vurmuş olur. Uşaqlar artıq öz çantalarını daşıya bilmir. Onlara ya sürücü ya da valideynlər kömək edir”.