DİN: Sumqayıtda baş verən qəzada iki nəfər ölüb

2066

Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirluyin saytına istinadən verdiyi məlumata görə, martın 12-də saat 02.00 radələrində Sumqayıt şəhərinin Koroğlu küçəsində Qubadlı rayon sakini Şamil Həsənovun idarə etdiyi “Hyundai” və şəhər sakini Eldar Həsənovun idarə etdiyi “OKA” markalı avtomobillər toqquşub.

Nəticədə E.Həsənov və sərnişini, həmyerlisi Vüsal Quliyev hadisə yerində ölüblər.

Faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər