Diqqət! 3 yaşdan kiçik uşaqlara…

1614

 mütəxəssis Yonca Kab uşaqların yatmazdan əvvəl süd içməsinin zərərli olduğunu, su istisna olmaqla qida verilməsinin düzgün olmadığını bildirir.

O, allergik astması olan uşaqların mədəsinin nisbətən zəif olduğunu qeyd edərək, belə uşaqlar yatana yaxın süd içdikdə, yaxud yemək yedikdə südün və ya yeməyin mədə turşusu ilə birlikdə qida borusundan tənəffüs borusuna keçmə ehtimalı olduğunu vurğulayır.

Buna görə də diqqətli olmaq lazımdır. Fındıq, fıstıq, ləbləbi və s. kimi qidalar isə 4-5 yaşdan kiçik uşaqlara əzərək verilməlidir.

Xüsusilə, paxla, qarğıdalı, fındıq və qoz kimi qidalar nəfəs borusuna getdikdə suyun təsiri ilə qısa bir vaxtda şişir və nəfəs borusunda tıxanmalara səbəb olur ki, bu da çox təhlükəlidir.

Onu da qeyd edək ki, hər hansı kiçik bir cismin udulması və ya nəfəs borusunda qalması kimi hallar daha çox 1-3 yaşlı uşaqlar arasında baş verir. Uşaqlar üçün oyuncağı da yaşına uyğun seçmək lazımdır. Məsələn, 3 yaşlı uşağa kiçikhissəli oyuncaqlar, həmçinin sellofan paketlər vermək olmaz

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər