Dövlət Komissiyası Sumqayıtda maarifləndirici tədbir keçirib: narkotikin zərərlərindən danışılıb – FOTOLAR

860
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar oktyabrın 31-də Sumqayıtda Dövlət Dram Teatrının konfrans zalında maarifləndirici tədbir keçirib. Tədbir Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə reallaşıb.
Xeberle.com verir ki, tədbirdə aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsirindən, narkomaniyanın doğurduğu fəsadlardan danışıb, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılmasının vacibliyini vurğulayıblar. Çıxışlarda belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi tövsiyə olunub, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları barədə məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiya aparılıb.
Həmçinin Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər