Dünyanın ən böyük iş adamı Sumqayıtda nə ilə maraqlanır?

781

Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman və Şahzadə Saud bin Xalid Əl-Feysəlin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində təmsil olunan iş adamları yerli şirkətlərlə bir sıra görüşlər keçirmişlər.

İqtisadiyyat və Sənaye nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, belə görüşlərdən biri dekabrın 11-də “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisində “SABIC” şirkətinin nümayəndəsi Riyad Almodleylə keçirilmişdir.

Görüşdə qonağa Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, parkda rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir ki, bu da sahibkarlara daha operativ və rahat xidmətin təşkilini təmin edəcəkdir. Sənaye parkında geniş infrastrukturun və müasir sosial zonanın yaradılması nəzərdə tutulur.

“SABIC” şirkətinin nümayəndəsi Riyad Almodley təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, şirkət dünyada kimyəvi maddələr, gübrə, plastik və metalların aparıcı istehsalçılarından biridir. Dünyanın 40 ölkəsində nümayəndəliyi olan “SABIC” şirkəti ən böyük neft-kimya istehsalçıları arasında yer alır.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə yerli və xarici şirkətlərlə işgüzar görüşlər keçirilir, ölkə daxilində və xaricdə Sumqayıt Kimya Sənaye Parkının təqdimatları təşkil edilir. Xarici investorların Sumqayıt Kimya Sənaye Parkına göstərdiyi marağın nəticəsidir ki, artıq sənaye parkına 20-dən çox investisiya layihəsi təqdim edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər