“Əfv sərəncamı dövlətin humanizm siyasətinin bir hissəsi, həmrəylik nümunəsidir” – Müşfiq Məmmədli

862
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib və bir çox kateqoriyalar üzrə digər azadetmələr də mövcuddu.
Millət vəkili Müşfiq Məmmədli ölkə rəhbərinin əfv sərəncamı ilə bağlı fikirlərini açıqlayıb. Bu aktın həyata keçirilməsinin cəmiyyətdə böyük sevinclə qarşılandığını deyən M.Məmmədli, cənab prezidentin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalamasını həm humanizm prinsipləri baxımından, həm də xalqımızın ən yüksək keyfiyyətlərindən olan bağışlmaq, bayram günlərində bir-birinə qarşı addım atmaq baxımından mənəvi dəyərlərə söykəndiyini dilə gətirib. Günahlarının bağışlanması gələcəkdə həmin insanların normal fəaliyyətə qayıtmalarına və həyatda etdikləri səhvlərdən nəticə çıxartmalarına səbəb olacaq. Bu həm dövlətin humanizm siyasətinin bir hissəsidir, həm sosial-dövlət nümunəsinin bariz şəkildə həyata keçirilməsidir. Bu eyni zamanda bir həmrəylik nümunəsidir.
Deputat qeyd edib ki, bu addımın atılması həyatında müəyyən səhvlərə yol vermiş, qanun pozuntusuna yol vermiş, cinayət işlətmiş insanların yenidən həyata qazandırılması üçün bir şans yaratmaqdır. Dövlət başçısının davamlı şəkildə bu addımları atması, əfv sərəncamları imzalaması həm də hakimiyyətin, birbaşa cənab prezidentin humanist xarakterinin olmasının göstəricisidir. Bununla Azərbaycan dövləti, ölkənin başçısı bir daha sübut edir ki, o bütün vətəndaşlarının prezidentidir və ölkənin, dövlətin imkanlarından bütün vətəndaşları bərabər şəkildə, heç bir ayrıseçkiliyə yol verilmədən istifadə edə bilirlər və edəcəklər.
“500-ə yaxın şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb. Bu kifayət qədər böyük rəqəmdir. Novruz bayramı ərəfəsində bu ailələrin sevinci, dövlətimizə və dövlət başçımıza olan minnətdarlığı, ailə üzvlərinin keçirdiyi hisləri düşündükdə, bir daha dövlətimizin nə qədər humanist və hər bir vətəndaşına qayğıyla yanaşma prinsipi ilə idarə olunduğunun şahidi oluruq. Bu qayğı ilə bütöv bir cəmiyyətin, eyni zamanda məhbus həyatı yaşamış vətəndaşların əhatə olunması dövlətin humanizm siyasətinin müsbət nəticəsinin göstəricisidir”,- deyə M. Məmmədli fikrini tamamlayıb.(manevr.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər