Elçin Behbudov Sumqayıt Polis İdarəsində monitorinq keçirib

625

Hüquq müdafiəçisi müvəqqəti saxlama kamerasında olub İşgəncələr Əleyhinə Komitə avqustun 11-də Sumqayıt Şəhər Polis İdarəsində monitorinq keçirib. Bu barədə məlumatı “OLAYLAR”a komitə sədri Elçin Behbudov verib. Onun sözlərinə görə, hüquq müdafiəçisi polis idarəsində müvəqqəti saxlama kameralarına da baş çəkib və orada saxlanılanlarla görüşüb: “Saxlanılan şəxslər saxlanma şəraiti ilə bağlı narazılıq etmədilər. Saxlanma şəraitləri ümumən normal idi. Bəzi xırda problemlər var ki, bu problemləri də aradan qaldırmaq lazımdır”. Elçin Behbudov idarədə həmçinin şəxsi heyətlə də görüşüb və onların problemləri ilə maraqlanıb. Hüquq müdafiəçisi bildirib ki, idarəyə təyin olunan yeni rəisin iş fəaliyyəti ilə də maraqlanıb. Elçin Behbudov monitorinqin nəticələri ilə bağlı daxili işlər naziri Ramil Usubova məlumat verəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər