Emin Əmrullayev: “Qızılcaya yoluxma halı çoxalarsa, distant təhsilə keçiləa bilər”

198

“Məktəblilərin qızılcaya yoluxması ilə bağlı təsdiqlənmiş saylar çox deyil. Bəzən xəstələnmə iddialı olur. Başqa simptomlarla qızılca səhv salınır. Ona görə həkimə müraciət edilməsi tövsiyə olunur. Hazırda şayiə və faktlar arasında qalmışıq”.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib. O qeyd edib ki, bəzi məktəblərdə əsası olmadan rəqəmlər deyilir.
“Əksər məktəblərdə ciddi problem müşahidə etmirik. Sadəcə şayiə xarakterli rəqəmlər səsləndirilir. Valideynlər övladlarını mütləq qızılca və digər müvafiq yoluxucu xəstəliklərə qarşı vaksin vurdurmalıdır. Ən qısa zamanda xüsusilədə aşağı yaşlı şəxslər peyvənd olunmalıdır”.

Nazir qeyd edib ki, hazırkı yoluxma vəziyyətinə görə, bu və ya digər müəssisədə qapanma getmək planlaşdırmırılmır:
“Regional idarələrdən gələn məlumatları toplayarıq, Səhiyyə Nazirliyi ilə işləyirik. Növbəti günlərdə təhlillər aparıldıqca təhlükəli vəziyyət olarsa sinfin, məktəbin müəyyən müddətlik distant təhsilə keçirilməsi qərarı verilə bilər. Bu o halda olacaq ki, mütəxəssislərin fikrincə vəziyyət uşaqların həyatı üçün təhlükə yarada bilər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər