SDU-da hər iki mərhələdə yüksək nəticə qazanan abituriyentlə görüş keçirilib

168

İyunun 24-də Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli qəbul imtahanlarında hər iki mərhələnin cəminə görə III ixtisas qrupunda 690 bal toplayan sumqayıtlı abituriyent Fidan Hüseynzadəni və onun anası Zərifə Həsənovanı qəbul edib. Qonaqları salamlayan rektor, Fidan və onun kimi yüksək nəticə qazanan abituriyentlərin uğurlarının təkcə bir ailənin və ya şəhərin deyil, bütövlükdə ölkəmizin qürur mənbəyi olduğunu qeyd edib.
Nurəli Yusifbəyli bir müəllim, elm adamı və şəhərdəki yeganə ali təhsil müəssisəsinin rəhbəri olaraq abituriyentlə görüşməyi, onu və valideynlərini təbrik etməyi özünə borc bildiyini vurğulayıb: “Belə uğurların qazanılmasında abituriyentin özü ilə bərabər, ailəsinin və təhsil aldığı 12 saylı orta məktəb müəllimlərinin xidmətləri mütləq qeyd olunmalıdır”. Daha sonra abituriyentin universitet seçimi barədə danışan rektor seçim zamanı ali təhsil müəssisəsindəki mühitin gənclərin gələcək həyatında müstəsna rol oynadığını qeyd edib. Görüşdə müasir dünyanın inkişaf tempinin süni intellekt, yaşıl texnologiyalar və data analitikası kimi sahələrin müəyyən etdiyi xatırladılıb: “SDU olaraq biz də öz fəaliyyətimizi elmi, strateji və innovativ yeniliklər üzərində qururuq”. Fidan Hüseynzadə və anası Zərifə Həsənova səmimi qəbula, göstərilən diqqət və doğma münasibətə görə SDU rəhbərliyinə, həmçinin universitet kollektivinə təşəkkür edərək bu görüşün onlar üçün unudulmaz olduğunu vurğulayıblar. Sonda abituriyentə SDU adından xatirə hədiyyələri təqdim olunub

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər