Etilen-polietilen zavodunda baş verən hadisə ilə bağlı rəsmi açıqlama

825

19 may 2011-ci il tarixdə saat 15 radələrində «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun 35 saylı hava təchizatı və estakada sexinin elektrik paylama məntəqəsində qəfildən yaranmış qısa qapanma nəticəsində əmələ gələn elektrik qövsünün təsirindən sexin 1979-cu il təvəllüdlü energetiki İlkin Hətəmov və 1959-cu il təvəllüdlü elektrik montyoru Aqil Nağıyev ciddi xəsarət almış, Birliyin Təcili yardım mərkəzinin həkim briqadası tərəfindən ilkin yardım göstərildikdən sonra Bakının 5 nömrəli xəstəxanasına yerləşdirilmişlər. Həkimlərin səyinə baxmayaraq, Aqil Nağıyevin həyatını xilas etmək mümkün olmamışdır. İlkin Hətəmovun səhhəti yüngülləşməyə doğru gedir. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər