F.Əmirov adına Uşaq Musiqi Məktəbində solo konsert

804

ilkinF.Əmirov adına Uşaq Musiqi Məktəbində gənc ifaçı İlkin Bəhmənlinin solo konserti

F.Əmirov adına Uşaq Musiqi məktəbində A.Zeynallı adına Bakı Musiqi Kollecinin tələbəsi İlkin Bəhmənlinin solo konserti keçirildi.

Konsertdə iştirak edən Azəerbaycan Milli Konservatoriyasının dosenti, əməkdar müəllim Ramiz Əzizov, Musiqi kollecinin müəllimləri Kamran Süleymanov, Əbdül Həşimov və məktəbin direktoru Elşən Quluyev çıxış edərək ifaçıya  yaradıcılıq uğurları arzuladılar.

Tədbirdə İlkin Bəhmənlinin ifasında Azər Rzayevin “Qaytağı”, Ramiz Mirişlinin “Oxu tar!”, Sevil Əliyevanın “Ana”, Hacı Xanməmmədovun “Konsert” və “Zabul segah” muğamı səsləndi.

Yüksək səviyyədə keçən konsert iştirakçılarda xoş təəssürat yaratdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər