GƏNC TƏBİBLƏR TƏLTİF EDİLDİLƏR

731

17 iyun – tibb işçilərinin peşə bayramı günü münasibətilə Sumqayıt şəhər Səhiyyə Şöbəsinin akt zalında şəhərin səhiyyə işçilərinin bir qrupu ilə görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Səhiyyə Şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Ələkbər Tağıyev tədbiri giriş sözü ilə açaraq,tədbirin keçirilmə məqsədindən, 15 iyun Milli Qurtuluş Gününün və 17 iyun – tibb işçilərinin peşə bayramı gününün tarixi əhəmiyyətindən danışmışdır.

Sonra şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elmira Quliyevanın şəhər səhiyyəsi haqqında məruzəsi dinlənilmişdir.

Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov səhiyyə müəssisələrində çalışan gənclərin şəhərin ictimai-həyatında fəal iştirakından, Səhiyyə Şöbəsinin    nəzdində üç il öncə yaradılan Gənc Təbiblər Şurasının fəaliyyətindən bəhs etmişdir. O, şəhərin ictimai həyatında 17 iyun – tibb işçilərinin peşə bayramı günü      münasibətilə fəal iştirakına görə bir qrup gənc tibb işçisinə Baş idarənin fəxri fərmanlarını, hgədiyyələrini və gül buketlərini təqdim etmişdir.

Sonra bir qrup tibb işçisinə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının hədiyyələri və gül buketləri təqdim edilmişdir.

Səhiyyə Şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Ələkbər Tağıyev tədbirə yekun vuraraq gənc tibb işçilərinə diqqətinə görəGənclər və İdman Baş      İdarəsinin rəhbərliyinə təşəkkür etmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər