Gənc bloqçular Sumqayıtda bir araya gəldilər

700

Dünən Qafqaz universitetində 100-dən çox fəal bloqçu və sosial media istifadəçiləri Barkamp Azərbaycan və “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı ilə bir araya gəliblər.
“Sumqayıt Bloq Günü” tədbirinin əsas məqsədi ölkə bloqçularını bir yerə toplayaraq İnternetdə və bloqlarda Sumqayıt şəhəri haqqında maraqlı yazıların yer almasına kömək etməkdir.
İki hissədən ibarət olan tədbirin birinci hissəsində gənclərlə hökumət nümayəndələrinin informasiya texnologiyalarının təhsilə tətbiqi, elektron hökumət və s. mövzular üzrə birgə müzakirələri təşkil olunub. Günün ikinci yarısında iştirakçılar kiçik qruplar şəklində Sumqayıt şəhərinin müxtəlif maraqlı yerlərinə və müəssisələrinə səfərlər edib, Sumqayıt ailələrinin evində qonaq olublar.
Qeyd edək ki, İştirakçılar gün ərzində gördüklərinə dair hazırladıqları materialları öz bloqlarında yerləşdirərək “Sumqayıt haqqında yazılmış ən maraqlı bloq yazısı” müsabiqəsində iştirak edərək, mükafatlar da əldə edə biləcəklər.
Sumqayıt Bloq Gününün ikinci günü, yəni bu gün saat 10:00-dan 16:00-a kimi Qafqaz Universitetində bloqçuluq və sosial media haqqında seminarlar təşkil olunacaq. Artıq spikerlərin bir hissəsi dəqiqləşdirilib:
Əhməd Muxtar – Foto Bloqçuluğun sirləri.
Baba Əliyev – Bloqçuluğa fərqli baxış.
Əli Hacızadə – Bloqun ictimaiyyətdə məhşurlaşdırılması.
Azər Nəzərov – Bloqunuz danışsın.
Sumqayıtda “Bloq Günü” layihəsi ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Samirə Əliyeva, sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər