Gənc Fotoqraflar üçün yay düşərgəsinə seçimlər başladı

596

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı “Ekologiyamızı fotolarda görək və göstərək” adlı layihəyəsi daxilində həyata keçirəcəyi “Gənc Fotoqraflar üçün yay düşərgəsi” üçün maraqlı olan gənclərin seçiminə başlandı.

“Ekologiyamızı fotolarda görək və göstərək” adlı layihəyənin əsas məqsədi ekoloji Fotobloggerlərin formalaşdırılması və onlarla birgə iş, ekoloji problemləri və onlara dair məlumatları online şəkildə cəmiyyətə çatdırmaq, ekoloji problərin işıqlandırlmasında gənc fotoqrafların imkanlarında faydalanmaqdır.

Bu layihə vasitəsi ilə “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı  həvəskar fotoqraflar və ekologiyaya marağı olan 20 gəncin iştirakı ilə Şəki şəhərində açıq hava şəraitində düşərgə təşkil edəcək. Düşərgə ərzində iştirakçılara fotoblogging, foto jurnalistika, düzgün foto çəkiliş qaydaları, ekologiya, ekoloji çirklənmə, ictimai vəkillik haqqında təlimlər keçiləcək. Təlimlərlə yanaşı iştirakçılara fotoqrafiyaya dair öyrəndiklərin tətbiq etmək imkanı veriləcək. Düşərgədən sonra iştirakçılar özündə ekoloji problemləri göstərəcək müxtəlif şəkillər çəkib göndərəcəklər. Layihə komandası tərəfindən ən maraqlı foto şəkillər seçildikdən sonra, sərgi təşkil olunacaq.

Bu layihədə iştirak etmək istəyən gənclər göstərilən linkə daxil olaraq ərizə fomasın doldura bilər: http://csyo-az.org/tentcamp/

Qeyd edək ki, 2012-ci ildə SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı Azərbaycan Gənclər Fondunun dəstəyilə “Sumqayıt Gənclərinin EKO şəbəkəsi” layihəsini, 2011-ci ildə isə “Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu”nun dəstəyi ilə “Ətraf mühitin mühafizəsi və bu işdə gənclərin rolu” adlı ekoloji layihə həyata keçirmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər