Gənc Təlimçi Məktəbində gənclər üçün təlim -DƏVƏT

744

Gənc Təlimçi Məktəbi  Sizi, “Gənc SƏTƏM mütəxəssisi” mövzusunda keçiriləcəkpeşəkar təlim kursunda iştirak etməyə dəvət edir.

Kursun təsviri.

“Gənc SƏTƏM Mütəxəssisi” kursu 8 moduldan ibarət  olaraq infrastruktur, sənayə, məişət və  ətraf mühit sahələrində beynəlxalq standartların mənimsənilməsi və tətbiqi sahəsində bilik və bacarıqlara yiyələnmək imkanları yaradır. Bu kurs hal-hazırda SƏTƏM sahəsində çalışan və özünün peşəkar karyerasını bu sahədə qurmaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Kursun tərkibi.

1.   SƏTƏM kursuna giriş;

2.   İnfrastruktur tikinti layihələrində beynəlxalq təhlükəsizlik normaları və nəzarət;

3.   Təhlükəli və təhlükəsiz tullantıların idarə olunması;

4.   Sənayə gigiyenası;

5.   Elektrik, Qaz təhlükəsizliyi tədbirləri və Fövqaladə hallar zamanı təhlükəsizlik

6.   Torpağın , Suyun  və Havanın çirklənmə yolları ve qarşısının alınması tədbirləri;

7.   İş əsaslı stresslərin idarəolunması;

8.   Nəqliyyat vasitələrinin təhlükəsiz idarə olunması standartları;

Təlimdə iştirak şərtləri.

Təlim kursu 20 aprel 2013-cü il tarixindən 20 iyun 2013-cü il tarixinədək həyatakeçiriləcək.

Təlimlər beynəlxalq sertifikasiyadan keçmiş və praktiki təcrübəsi olan təlimçilər tərəfindən keçiriləcəkdir.

Təlim materialları “NEBOSH International Health and Safety at work”  və “İSO 14001”  Beynəlxalq Standartlar əsasında hazırlanmışdır.

Təlim əsasən “Action Learning” metodologiyası və fərdi kouçinq sessiyaları ilə həyata keçiriləcəkdir.

Təlimlərdə iştirak etmək  istəyən şəxslər 15 aprel tarixinə qədər  office@yts.az  ünvanınaöz istək məktublarını göndərə bilərlər.

 

Təlimdə iştirak haqqı: 57 AZN

Məcburi köçkün , şəhid ailələrinin nümayəndələri , tələbələr və  Gənc Təlimçi Məktəbinin üzvləri üçün  xüsusi endirimlər.

Ünvan: Şərq bazarının arxası, Qarabağ küç. Firuzə Biznes Mərkəzi 3-cü mərtəbə. 

Tel: (012) 496 37 24

Mob tel: (055) 2680931

Email: office@yts.az 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər