Gənclər şahmat turniri keçirəcək

875

Sağlam Düşüncə Gənclər Təşkilatı və Sumqayıt İdman Baş İdarəsi 15-18 mart 2011-ci ildə Sumqayıt Şahmat Məktəbində “Həvəskar şahmatçılar arası I NOVRUZ ŞAHMAT turniri” keçirəcək.

Yarışda 17-29 yaş qrupunda olan həvəskarlar özlərini sınaya bilərlər. Turnir Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qaydalarına uyğun şəkildə, iştirakçı sayından asılı olaraq İsveçrə və ya dairəvi sistem üzrə keçiriləcək. Yarışlarda I-III yerləri tutan iştirakçılar Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacaqlar. Turnirə qatılmaq üçün aşağıdakı ünvanda qeydiyyatdan keçmək olar:

https://spreadsheets.google.com/viewform?formkey=dHZnOTNwZGZwWWhFSEJYelFoU2RIMmc6MQ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər