Gənclər təşkilatının Baş Assambleyası keçirildi

662

Mingəçevir şəhərində, DVC-nin (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) Baş Assambleyası keçirildi. Assambleyada təşkilatın rəhbərliyi, könüllü heyəti və üzvləri iştirak etdi. Assambleyanın əsas məqsədi təşkilatın fəaliyyətinin təhlili, 2011-2012 ci illlər üzrə fəaliyyət və maliyyə hesabatın təqdim olunması, təşkilatın nizamnaməsinə əsasən sədr və idarə heyətinin seçkiləri və 2013-cü il üçün strateji və maliyyə hədəflərinin müəyyənləşdirilməsidir.

Assambleya ərzində iştirakçılara təşkilatın 2011-2012-ci illər üzrə həyata keçirdiyi fəaliyyət haqqında ətraflı məlumat verildi. Təşkilat tərəfindən sözü gedən illər üzrə 500-ə yaxın tədbirin təşkil olunması ilə 45 şəhər və rayonu əhatə etməsi, üzvlərin sayının 22 000 nəfərə çatması, təşkil olunmuş yay məktəblərinin sayının 30-a çatdırılması və təşkilat tərəfindən qarşıya qoyulmuş maliyyə və strateji hədəflərə tam çatılması qeyd olundu. Təşkilatın ötən hesabat dövrü Amerika Azərbaycan Ticarət Palatasının (AMCHAM) tam hüquqlu üzvü, Milli Biznes İnkubatorlar Assosiyasiyasının (NBİA) “qızıl” statuslu tərəfdaşı olduğu  eyni zamanda qeyd olundu.

 

Ötən hesabat dövrünün nəticələrinə əsasən təşkilatın üzvləri və könüllüləri yeni strateji plan üçün təkliflərlə çıxış etdi. Təkliflər müzakirə olundu və əsaslandırılmış, komanda tərəfindən qəbul olunan, cəmiyyətin rifah halının və intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən təkliflər əsasında təşkilatın 2013-cü il üzrə strateji planı müəyyən olundu. Təşkilatın yeni strateji planına əsasən isə “Yaşıl Düşüncə”, Yay Məktəbləri, Korporativ Sosial Məsuliyyət layihələrinin icrası, Biznes-İnkubatorların yaradılması, Beynəlxalq Gənclər Layihələri, Milli Debat Proqramı təşkilatın əsas istiqamətləri kimi fəaliyyəti təkmilləşdiriləcək.

 

Assambleyada həmçinin təşkilatın əsasnaməsinə əsasən namizədliyi irəli sürülən Seymur Hüseynov rəsmi olaraq təşkilatın rəhbəri və idarə heyyəti seçilib. Təşkilatın 2011 – ci il üzrə Yekun Hesabatı təqdim olunub. Təşkilatın 2011-ci il üzrə Yekun Hesabatını http://issuu.com/dvc_pu/docs/annual_report_dvc_2011 ünvanından əldə etmək mümkündür.

 

Qeyd edək ki, DVC hər il müntəzəm olaraq Baş Assambleyasını keçirir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər