“Göydələnlər” Sumqayıta da ayaq açacaq

825

Böyük fasilədən sonra Sumqayıt şəhər İcra Hakimiyyəti (ŞİH) şəhərdə çoxmərtəbəli binaların tikintisi ilə bağlı müraciətlərin qəbuluna başlayıb.

Bunu jurnalistlərə Sumqayıt ŞİH-in başçısı Eldar Əzizov bildirib. Onun sözlərinə görə, hələlik bununla bağlı qərar verilməyib: “Çünki vaxtilə burada 44 binanın tikintisinə başlanıb, amma bunların əksəriyyəti yarımçıqdır. Məncə, Sumqayıt üçün 44 bina çoxdur. Bununla sahibkarlar bir-birinə problemlər yaradırlar. Ona görə də mərkəz hissə bütün dünyada olduğu kimi tənzimlənməlidir”.

ŞİH başçısı Sumqayıtda qanunsuz tikililərin olduğunu da bildirib: “Belə evlər az deyil. Vaxtilə kommunikasiyaları nəzərə almadan, məqsədəuyğun olmayan yerlərdə evlər tikilib. İndi ora su, kanalizasiya və s. xətləri çəkmək çətindir. Amma qanunsuz tikililərin heç də hamısı yoxsulluq göstəricisi deyil, çünki bunların arasında 3 mərtəbəli evlər də var”.

E.Əzizov deyib ki, Azərbaycanda hüquqi dövlət qurulub və buna görə də qanunsuz tikililərə də son qoyulmalıdır: “Bu işlər gedir, amma insanlar orada uzun müddət yaşayırsa, biz qanun çərçivəsində humanistlik nümayiş etdiririk”.

APA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər