Hazırladığı şagirdlərin tam 25-i 100 faiz nəticə göstərdi

12534

Sumqayıt şəhərində fəaliyyət göstərən müəllim respublikada bir ilkə imza atıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şəhərin ingilis dili müəllimi olan Ramal İsmayılov bu çətin pandemiya şəraitinə baxmayaraq əzmlə çalışıb və hazırladığı şagirdlərin düz 25 nəfəri Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında 100 % nəticə göstərib. Ən təəccüblüsü isə onun ixtisasca iqtisadçı olmasıdır. R.İsmayılov 16 ildir Sumqayıt şəhərində pedaqoji fəaliyyətlə məşğuldur.

İsmayılov Ramal Mahmud oğlu 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. 1994-cu ildə Sumqayıt şəhər 28 saylı orta məktəbin birinci sinfinə gedib, 2005-ci ildə həmin məktəbi bitirərək 614 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsinə daxil olub. 2009-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.

İngilis dili hazırlığı ilə hələ orta məktəbdə – onuncu sinifdə oxuyarkən məşğul olub. Özü universitetə hazırlaşa-hazırlaşa həmyaşıdlarına da dərs keçib.

2019-cu ildən Dövlət İmtahan Mərkəzində marker kimi fəaliyyət göstərir. R.İsmayılov artıq təsis etdiyi EPİ Akademiyasında ingilis dili fənni ilə yanaşı, gənclərə beynəlxalq imtahanların sirlərini də öyrətmək üzərində iş aparır. O, həmçinin “İngilis dili” dərsliyinin müəllifidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər