Hesabat xarakterli təqdimat keçirildi

636

«Azərikimya» İstehsalat Birliyinin konfrans zalında keçən ilin sentyabr ayında PPP (İctimai Özəl Əməkdaşlıq) layihəsi çərçivəsində Birlik və Almaniyanın GİCON şirkəti arasında ikiillik sazişə uyğun olaraq «Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymət­lən­dirilməsi» istiqamətində görülmüş işlərlə bağlı hesabat xarakterli təqdimat keçiril­mişdir.

GİCON şirkəti 20 ildən artıqdır ki, xüsusi tullantıların zərərsizləşdirilməsi, çirklənmiş torpaqların təmizlənməsi üçün rəylərin hazırlanması, torpağın, qrunt sularının və hava­nın çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi, həmçinin layihələrin planlaşdırıl­ması və nəticələrin yoxlanması üzrə geniş və səmərəli fəaliyyət göstərir.

Təqdimat zamanı GİCON şirkətinin tullantılar və çirklənmiş ərazilərin təmizlənməsi­nin idarə olunması şöbəsinin müdiri Matias du Puits, ARDNŞ-in Ekologiya idarəsinin rəisi Azər Əliyev, çirklənmiş ərazilərin təmizlənməsi üzrə ekspert Hartmut Junqe, mütə­xəssis Jana Ziemer, layihə bürosunun rəhbəri Səkinə Məhərrəmova, «Azəri Fugro» şir­kəti mütəxəssislərinin və «Azərikimya» İB nümayəndələrinin iştirak etdiyi təqdimatda çirk­ləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi və torpaqların geofiziki təd­qiqatı istiqamətində bir il ərzində tərtib edilmiş tədbirlər planı əsasında görülmüş işlər haqda hesabat xarakterli məlumat verilmişdir. Qeyd olunmuşdur ki, GİCON şirkətinin mütəxəssisləri tərəfindən ilkin müşahidə üçün pilot layihə üzrə 2 ayrı-ayrı sahə seçilmiş və tədqiqatların nəticəsi olaraq seçilmiş ərazilərdə torpaqların çirklənmə ehtimalı araş­dırıl­mışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər