“Heydər Əliyev və Sumqayıt gənclərinin vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirildi

651

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi Ulu öndərin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Sumqayıt gənclərinin vətənpərvərlik tərbiyəsi” mövzusunda ədəbi-bədii kompazisiya təşkil etmişdir.

 Aprel ayının 30-da Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi Ulu öndərin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Sumqayıt gənclərinin vətənpərvərlik tərbiyəsi” mövzusunda ədəbi-bədii kompazisiya təşkil etmişdir. Tədbirə qonaq qismində Respublika Veteranlar Şurasının hərbi-vətənpərvərlik komissiyasının sədri polkovnik Cəlil Xəlilov, Vətənpərvərliyin Təbliğinə dəstək İctimai Birliyinin sədri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov, Prezident tədaüdçüsü, çöhrət ordenli, əməkdar müəllim Minarə Tahirova, Sumqayıt şəhər Veteranlar şurasının sədri Leyla Qasımzadə dəvət olunmuşdur. Həmçinin tədbirdə Sumqayıt şəhər orta məktəbin direktorları, Sumqayıt şəhər Veteranlar şurasının üzvləri, digər idarə-müəssisə nümayəndələri, ali məktəb tələbələri və gənclər təşkilatlarının fəalları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova gələn qonaqları salamlamış, tədbirin məramından və Ulu öndərin məhz Qızıl Aypara Cəmiyyətinin inkişafına verdiyi tövhələrdən bəhs etmişdir. Beləki Cəmiyyətin inkişafı üçün vacib olan amillərdən biri kimi onun ölkə və dünya miqyasında tanınmasında Ulu öndərin diqqət və qayğısının əvəzsiz olduğunu qeyd etmişdir. Daha sonra çıxış üçün söz Respublika Veteranlar Şurasının hərbi-vətənpərvərlik komissiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Xəlilova verildi. O, isə öz növbəsində tədbir iştirakçılarına Ulu öndərin  hərbi yönümdə gördüyü çoxsaylı işlərdən bəhs etmişdir. Çıxış edən  Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov Ulu öndərin dövlətçiliyimizin yenidən qurulması və  inkişafındakı fəaliyyətlərindən bəhs etmişdir.

Prezident tədaüdçüsü, əməkdar müəllim Minarə Tahirova və Sumqayıt şəhər Veteranlar şurasının sədri Leyla Qasımzadə Ümummilli liderlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüş, onun təhsilə verdiyi tövhələrdən ürək dolusu danışmışlar.

Tədbir boyunca Ümummilli lider Hedər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video çarxlar, foto slaydlar qonaqlara nümayiş etdirilmiş, Şəmistan Əlizamanlının ifasında bir-birinin ardınca vətənpərvərlik nəğmələri səsləndirilmiş və  həmçinin  QAC Sumqayıt şəhər bölməsinin könüllüləri və “Təfəkkür” litseyinin “Gənc Heydərçilər” ansamblının ifasında Uluöndər və vətənpərvərlik mövzusunda musiqilər səsləndirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər