“Heydər Əliyev İli” çərçivəsində SDU-nun növbəti silsilə tədbirlərindən Almaniyada keçirildi

189
8-14 May 2023-cü il tarixlərində Sumqayıt Dövlət Universitetinin əməkdaşları Keyfiyyət Təminatı şöbəsinin müdiri Nərmin Həsənova və Strateji İnkişaf Mərkəzinin direktoru dosent Günel Paşayeva Almaniya Federativ Respublikasının Brandenburq Texniki Universitetində ezamiyyətdədir.
Universitet əməkdaşları ezamiyyət çərçivəsində müxtəlif məsələlər üzrə görüşlərdə iştirak edirlər.
“Heydər Əliyev ili” çərçivəsində Sumqayıt Dövlət Universiteti tərəfindən müxtəlif silsilə tədbirlər həyata keçirilir. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə silsilə tədbirlərdən biri də mayın 9-da  Almaniya Federativ Respublikasının Brandenburq Texniki Universitetində keçirildi.
Keyfiyyət Təminatı şöbəsinin müdiri Nərmin Həsənova Brandenburq Texniki Universitetinin Riyaziyyat fakültəsinin magistratura üzrə təhsil alan tələbələri qarşısında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi barədə təqdimatla çıxış etdi. Təqdimatda Ümummilli Liderin həyat yolu, fəaliyyəti geniş əks olunmuşdu. Nərmin Həsənova çıxışında Ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərinə, eyni zamanda, təhsilə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər