Hüseyn Cavid-135: Sumqayıt teatrından növbəti premyera

1517

Martın 27-də Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında Nizami Muradoğlunun “Zülmətdə nur” mənzum pyesi əsasında hazırlanan tamaşanın premyerası olub. Əsər böyük mütəfəkkir, şair-dramaturq Hüseyn Cavidin həyatından bəhs edir.

AZƏRTAC xəbər verir ki, Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilən tamaşanın premyerasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar, AMEA-ın vitse-prezidenti İsa Həbibbəyli, Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Folklor İnstitutunun direktoru Muxtar İmanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları, Bakı və Sumqayıt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmovun quruluş verdiyi əsər 37-ci il repressiyalarında imperiyanın hədəfinə tuş gəlmiş şair-dramaturq Hüseyn Cavidin, o cümlədən dövrün tanınmış aydınları Əhməd Cavadın, Mikayıl Müşfiqin həyatına işıq salır. NKVD zindanlarında əzab verilən ziyalılarımızın mənəvi-psixoloji sarsıntılarını Əməkdar artistlər Rauf Ağakişiyev, İlahə Səfərova, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Oqtay Mehdiyev, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı və başqaları ustalıqla çatdıra biliblər.

Uğurla keçən premyera tamaşaçıların alqışları ilə qarşılanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər