Qızbəs Məmmədova Astara Rayon İcra Hakimiyyəti başçısının müavin təyin edilib.
“Report”un Cənub bürosunun məlumatına görə, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bununla bağlı müvafiq əmr imzalayıb.
O həmçinin Astara RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini də yerinə yetirəcək.
Qeyd edək ki, Q.Məmmədova bu təyinatadək 2004-cü ildən Astara rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.