41 saylı Sumqayıt seçki dairəsindən AXCP-Müsavat seçki blokunun vahid namizədi millət vəkili İkram İsrafil namizədliyi qeydə alınmaq üçün lazım olan 450 imzanı toplayaraq DSK-ya dünən təqdim edib. İkram İsrafilin səlahiyyətli nümayəndəsi Vəfa Cümşüdlünün verdiyi xəbərə görə, millət vəkili 450 imza əvəzinə 600 imza toplayıb və seçki komissiyasına təqdim eləyib. 41 saylı dairədən dünənədək 15 nəfər imza vərəqi götürsə də, onlardan hələki üçü imzaları toplayaraq geri qaytarıb. Həmin namizədlərdən biri İkram İsrafil, biri YAP-ın, biri isə AMİP-in namizədidir.
Həmin dairədən YAP-ın namziədi olan 18 saylı məktəbun direktoru Leyla Abdullayeva artıq qeydə alınıb.