İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

578

Prezident İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşdur.

Dövlət başçısı Cümə Məscidinin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.

Prezident İlham Əliyevə məlumat verildi ki, 2003-cü ildə şəhərin 6-cı mikrorayonunda istifadəyə verilən məscidin ümumi ərazisi 4,5 hektardır. Burada eyni vaxtda 500 nəfər ibadət edə bilər. 2011-ci ilin iyulunda Prezident İlham Əliyev məsciddə olmuşdur. Dövlətimizin başçısının tapşırığına əsasən məscid əsaslı təmir edilmişdir. Burada 34 metr hündürlüyündə minarə inşa olunmuş, 480 kvadratmetr sahəyə təzə xalça döşənilmişdir. Məscidin mehrabı yenidən düzəldilmiş, künbəzin iç üzü əlyazmalarla bəzədilmiş, 624 kvadratmetr döşəmə yenidən qurulmuşdur.

Prezident İlham Əliyev Cümə Məscidində yaradılmış şəraitdən razılığını bildirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər