Martın 15-də VI Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
“Qafqazinfo”nun AzərTac-a istinadən xəbərinə görə, ziyafətdə Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib.
Bir sıra ölkələrin dövlət və hökumət başçılarının, eləcə də sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin iştirak etdikləri ziyafətdə prezident İlham Əliyev və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa çıxış ediblər.
Altıncı Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.