Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclasının sentyabrın 15-də keçirilməsi nəzərdə tutulur.
Bunu Modern.az-a açıqlamasında komitə sədri Tahir Mirkişili deyib. Onun sözlərinə görə, iclasda yaz sessiyasında görülən işlər, yarımçıq qalan qanun layihələrinin bu sessiyada müzakirəsi nəzərdə tutulur.
Bundan əlavə, 2021-ci ilin payız sessiyası üçün iş planı da müzakirə ediləcək.
T.Mirkişili qeyd edib ki, ilk iclasda bir neçə qanuna ediləcək dəyişikliklərə baxılacaq:
“Bunlar “Banklar haqqında”, “Kredit ittifaqları” haqqında, “Bank olmayan kredit təşkilatları” haqqında qanuna edilən dəyişikliklərdir. Əvvəlki sessiyada “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik etmişdik. Həmi qanuna edilən dəyişikliklərin bütövlükdə maliyyə sahəsində çalışan təşkilatlara tətbiq olunması ilə bağlı qanunlara dəyişiklik edilməsi gözlənilirdi ki, birinci iclasda bunu müzakirə edəcəyik. Təxminən 10-a yaxın qanun layihəsini ilk iclasda müzakirə edəcəyik”.