İnsanları diri-diri yandıran, dərilərini soyduran, insan yağından sabun hazırlatdıran qadınlar – Dəhşətli faktlar (FOTOLAR)

2123

Qadınlar hər zaman zərif varlıq kimi adlandırılsa da, bəzən bunun əksinin də ola biləcəyini sübut edən xanımlar tarix səhifələrinə öz adlarını yazdırmağı bacarıblar.

Minval.İnfo xəbər verir ki, bu qadınlar əllərini xəmiri ilə yox, qanı ilə tarixə düşüblər. İndi isə oxuyanda tüklərinizi ürpərdəcək bu cinayətkar xanımların həyat hekayələrini sizlərə təqdim edirik.

–        “Villiamina “Minnie” Dean”

Williamina “Minnie” Dean ile ilgili görsel sonucu

Vilyamina Yeni Zallandiyada bu günə qədər edam cəzasına məhkum olunmuş ilk və tək qadındır. Pul qarşılığında uşaq baxıcılığı edən bu qadın sonra həmin ailələrin uşaqlarına baxmaq yerinə onları öldürüb. Təəssüf ki, bu ailələr uşaqlarının Vilyamina tərəfindən öldürüldüyünü çox sonralar bilmişdilər. Çox vaxt da bu xanım varlı, amma uşağı olmayan və övladlığa götürülən uşaqlara baxıcılıq edirdi. Bunun da özəl bir səbəbi var idi, çünki həmin vaxtlar uşaqların övladlığa götürülməsi məsələsi qanuni deyildi və həmin uşaqlar heç bir yerdə qeydiyyatda olmurdular.  Buna görə də Vilyamina uşaqlar öldürdükdən sonra heç kim o uşaqları tapa bilmirdi.

–        “Elizabeth I”

Elizabeth I ile ilgili görsel sonucu

1-ci Elizabet katolikliyi ortadan qaldırmaq üçün İngiltərə və İrlandiyada minlərlə katolikin öldürülməsi əmrini verib. Bu soyqırımdan əlavə Şotlandiya kraliçası Merinin sığınacaq istəmə tələbinə qarşılıq olaraq, onu vətənə xəyanətdə ittiham etmiş və 19 il müddətində həbsxanada qalmasına, daha sonra isə öldürülməsinə səbəb olub. Bununla kifayətlənməyərək ispan gəmilərinə qarşı quldurluq fəaliyyətini dəstəkləyib və qul ticarətinin genişlənməsinə şərait yaradıb.

–        “Elena Ceauşescu”

Elena Ceauşescu ile ilgili görsel sonucu

Özünü elm adamı elan edən Yelena Çauşesku Ruminiyanın kommunist lideri Nikol Çauşeskunun həyat yoldaşıdır. Ruminiya xalqı Yelenanı doğum kontrolunu aradan qaldırmaqda günahlandırırdı. Bu da 1970 və 1980-ci illərdə istənilməyən uşaq doğumlarının artımına səbəb oldu. Doğum sayının kəskin şəkildə artımı ölkə daxilində standartların altında yetimxanaların açılmasına səbəb oldu və doğulan uşaqlar bu yetimxanalarda yaşamalı oldular. Həmçinin, dövlət sağlıq komissiyasının rəhbəri olan Yelena Ruminiyada AİDS xəstəliyinin olmadığını söyləyib, lakin sonrakı illərdə bu açıqlama tarixin ən böyük AİDS epidemiyasına səbəb olub. Xalqına zülm verən bu iki şəxs sonralar edam olunur.

–        “Irma Grese”

  “Irma Grese” ile ilgili görsel sonucu

İrma adlı bu xanım ikinci dünya müharibəsində alman ordusunda xidmət edən ən qəddar xanımlardan biri idi. O, Auşvits adlanan əsir düşərgəsində qadın koloniyasına rəhbərlik edirdi. İrmanın rəhbərlik etdiyi Auşvits əsir düşərgələri arasında işgəncələrin sayına görə xüsusilə fərqlənib. İrma əsir düşərgəsində müxtəlif işgəncələr, cinsi istismar, zövq üçün insan öldürmə, ac itləri insanların üstünə salmaq və minlərlə insanın qaz otağına salınaraq öldürülməsi kimi cəzalardan həbs olunub. Məhkəmənin qərarına əsasən asılaraq edam edilib.

–        “İlse Koch”

“İlse Koch” ile ilgili görsel sonucu

İlze Koç nasional sosialist və faşist Almaniyası dövründə qəddarlığı ilə xüsusi seçilən xanımlardan bəlkə də birincisi olub. “Buhenvald cadugəri” olaraq adlandırılan bu xanım adından da məlum olduğu kimi Buhenvald əsir düşərgəsində qadın koloniyasına rəhbərlik edib. Belə ki, sübut olunmuş faktlara əsasən onun da rəhbərliyi ilə qaz otaqlarında öldürülən insanlar sonra yandırılır və külləri müxtəlif xarici firmalara gübrə kimi satılırdı. Bundan əlavə, ölmüş insan bədənindən əldə olunan yağlardan sabun hazırlayırdılar. Belə bir məlumat da var ki, İlze Koç tatulara qarşı sevgisi var idi, onun əmrinə əsasən əsir düşərgəsində bədənində tatu olan əsirlər yığılıb öldürülür və ya bədənin tatu olan hissəsi kəsilib götürülürdü. Sonra da həmin hissədən bəzək əşyaları hazırlanıb İlzeyə verilirdi. İlze Almaniya məğlub olduqdan sonra düşmənin əlinə keçməsin deyə özünü asaraq öldürüb.

Məleykə

Minval.info

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər