İntihar edən qızı tutarkən yaralanan gömrükçü EVƏ BURAXILDI

2137
İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır yaralanan 37 yaşlı Zahid Niyazov müalicə aldığı Mərkəzi Gömrük Hospitalından evə buraxılıb.
O, dünən həkimlərin rəyi ilə evə yazılıb, vəziyyəti qənaətbəxşdir. Bundan sonrakı müalicəsi ambulator aparılacaq.
Qeyd edək ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışıb.
Z. Niyazov ağır durumda hospitala çatdırılıb, onun üzərində 2 böyük əməliyyat aparılıb.Bakupost.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər