“Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə” forumunda əsas məqsəd “universitetlər bu istiqamətdə nələr edə bilər?” sualına cavab tapmaqdır.
Bunu “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə” mövzusunda keçirilən forumda Sumqayıt Dövlət Universitetin rektoru Rüfət Əzizov deyib.
O qeyd edib ki, gələcəkdə biz istəyirik ki, universitetlərdə mühəndislik, sahibkarlıq ixtisaslarında iqlim dəyişikliyi ilə bağlı məsələlər də ehtiva olunsun:
“Eyni zamanda istəyirik ki, universitetlərdə aparılan elmi tədqiqatların iqlim dəyişikliyi gündəliyindəki rolunun nədən ibarət olduğu araşdırılısın. Bu tədqiqatların nəticələrini sənayeyə və universitetlərə necə inteqrasiya etmək haqqında araşdırmalar edilir. Universitetlərin müəyyən siyasətçilərlə əlaqələrinin olması çox vacibdir və bu forumda müxtəlif tərəfləri birləşdirən elm adamları var. Foruma universitetlərin rektorları, xaricdən ekspertlər dəvət olunub. Həmçinin müxtəlif dövlət orqanlarının nümayəndələri də iştirak edir”.
Müzakirə qapadılmışdır.