İşsizlikdən gileylənən Sumqayıt sakini özünü öldürdü

799

Sumqayıt şəhərində intihar hadisəsi baş verib

Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Corat qəsəbə sakini 45 yaşlı Habil Məmmədov özünü öldürüb. Mərhumun meyiti yaşadığı evdə iplə asılmış vəziyyətdə aşkarlanıb. Habil Məmmədovun özünə hansı səbəbdən qəsd etməsinin səbəbi məlum olmasa da, onun son zamanlar işsizlikdən gileyləndiyi bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər