Koronavirus haqqında yanlış bildiyimiz – Məlumatlar

1342

Son vaxtlar bütün dünyanı narahat edən koronavirusla bağlı müxtəlif məlumatlar yayılır, ondan qorunmağın yolları göstərilir. Ancaq həmin məlumatlar arasında doğru bildiyimiz yanlış informasiyalar da var.

“Qafqazinfo” Türkiyə mediasına istinadən infeksiya xəstəlikləri üzrə professor Nail Özgünəşin koronavirusla bağlı yayılmış səhv məlumatlarla əlaqədar fikirlərini təqdim edir:

Koronavirus yeni çıxan ən təhlükəli virusdur (Yanlış)

Əvvəla, bu virus yeni deyil. Koronavirus 2003-cü ildə SARS (Şiddətli Kəskin Respirator Sindromu) , 2012-ci ildə isə MERS (Yaxın Şərq tənəffüs sindromu) şəklində özünü büruzə vermişdi. Koronavirus təhlükəli xəstəlik sayılır, ancaq ən təhlükəli deyil.

Koronavirusa yoluxanlar mütləq ölür (Yanlış)

Hər koronavirus xəstəsi dünyasını dəyişmir. Bunun faiz göstəricisi zənn edildiyi qədər yüksək deyil. Normal qrip xəstəliyindən ölən insanlar koronavirusdan ölənlərdən 60 dəfə çoxdur. Koronavirusa yoluxanlar əsasən xroniki xəstəliyi səbəbindən immuniteti zəif olanlar və yaşlılardır. Həmin insanlar virusdan qorunmaq üçün daha diqqətli olmalı, immun sistemini gücləndirməlidirlər.

Xəstə adamdan uzaq dursam, kifayətdir (Yanlış)

Ümumdünya Səhiyyə Təşkilatı əvvəlcə xəstəlik əlamətləri (öskürək, asqırma, burun axması, yüksək hərarət) olan insanlardan azı 1 metr aralı dayanmağı vacib hesab edirdi. Ancaq hazırda bu məsafə xəstəliyin geniş yayılması səbəbindən 2 metrə yüksəlib. Bundan başqa, gigiyena qaydalarına mütləq şəkildə əməl olunmalıdır.

Koronavirusdan qorunmaq mümkün deyil (Yanlış)

Lazımi tədbirlər görülsə, koronavirusdan qorunmaq mümkündür. Xəstəliyin başlıca yoluxma yolu öskürək və asqırma yolu ilə yayılan tüpürcəklərdir. Bu səbəbdən insanlarla yaxın təmasdan çəkinin. Xəstə insanlarla qucaqlaşmaq, öpüşmək yolverilməzdir. Çünki virus yaxınlıqdakı insanın ağız, burun və göz qişasına keçə bilər.

Əllərin təmiz saxlanılması vacib detallardandır. Əlləri yumaq, spirt və digər dezinfeksiyaedici vasitələrlə təmizlənməlidir. Öskürüb asqırarkən ağzınızı və burnunuzu quru salfetlə tutun. Daha sonra isə həmin salfeti qapalı zibil qabına atın və əllərinizi yuyun.

Soyuqdəymə, qızdırma və öskürmə kimi simptomlar olan insanlarla təmasda olmayın. Bu simptomlardan hər hansı biri sizdə varsa, mütləq həkimə müraciət edin.

Koronavirusdan qorunmağın tək yolu xüsusi maskalar və geyimlərdir (Yanlış)

Maskalar və xüsusi geyimlər adətən xəstəliyin geniş yayıldığı ərazilər üçün tətbiq olunur. Gündəlik həyatda isə bunlara ehtiyac yoxdur. Kütləvi yerlərdə maskalardan istifadə edə bilərsiniz.

Əllərimi yusam, bəsdir (Yanlış)

Əl gigiyenası koronavirusdan qorunmaq üçün önəmlidir, ancaq bu, kifayət deyil. Digər qorunma vasitələrinə də diqqət etmək lazımdır.

Maskadan bir neçə dəfə istifadə edə bilərəm (Yanlış)

Maskalar adətən birdəfəlik istifadə üçün nəzərdə tutulub. 2 dəfə istifadə olunmamalıdır.

Çindən gələn əşyalardan istifadə etməyim (Yanlış)

Uzun müddət yolda qalmış quru məhsullarda koronavirusun daşınması mümkün deyil. Virus insandan insana keçir.

Heyvanlardan uzaq dayanaq (Yanlış)

Koronavirusun  yarasadan keçdiyi iddia edilsə də, ev heyvanlarının yoluxması faktı qeydə alınmayıb.

Bu qidalar koronavirusdan qoruyur (Yanlış)

Hər hansı qidanın insanı koronavirusdan qoruması mümkün deyil. İnsanlar hər hansı bir qidaya meyl etmək əvəzinə, immun sistemini gücləndirən məhsullara üstünlük versələr, yaxşı olar.

Nuranə Abbasova 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər