Məcburi köçkünlər üçün “Yeni Sumqayıt” yaşayış massivi salınacaq

736

Azərbaycanın Sumqayıt şəhərində məcburi köçkünlər üçün çoxmərtəbəli binalardan ibarət “Yeni Sumqayıt” yaşayış massivi salınacaq. Bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Komitə sədrinin sözlərinə görə, yaşayış massivi Sumqayıtın “İnşaatçılar” adlanan ilk yaşayış məntəqəsində salınacaq. Buradakı 1-2 mərtəbəli “fin” tipli köhnə tikililər isə söküləcək.

Qeyd edək ki, bu evlər II dünya müharibəsindən sonra, Sumqayıt şəhərinin tikintisində iştirak edənlər üçün inşa olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər