Məktəbli formalarının qiyməti açıqlandı

2072

Vahid məktəbli formaları 40-46 manata təklif edilir.

Bu barədə Oxu.Az-a Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov məlumat verib.

O bildirib ki, 2010-cu ildən vahid məktəbli formalarının istehsalı Bakı Tikiş Evinə həvalə edilib:
“Ümumiyyətlə, bu gün orta ümumtəhsil müəssisələrində 1-6-cı siniflər üçün ayrı model, 7-11-ci siniflər üçün isə ayrı model məktəbli forması mövcuddur. Aşağı siniflər üçün vahid formanın qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır.

Qanunla 100 manatdan aşağı satılan məhsulun keyfiyyətinə zəmanət verilməsə də , biz məhsullarımıza ən azı bir il zəmanət veririk. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bizə əmtəə sertifikatı verib. Bizim məktəbli formalarımız kifayət qədər keyfiyyətlidir. İstifadə etdiyimiz materiallar Türkiyədən gətirilir və keyfiyyətinə cavabdehik”.

E.Əzimov vahid məktəbli formalarından şikayət edən valideynlərə müraciət edib:

“Vahid məktəbli formalarımızın modellərini oğurlayan “işbazlar” zirzəmi şəraitində fəaliyyət göstərən sexlərdə geyim istehsal edir. Üzərinə Bakı Tikiş Evinin etiketlərini vuraraq saxta geyimləri müxtəlif yollarla satışa çıxarır. Bununla mübarizə aparırıq. Geyimləri beş manat daha ucuz sataraq qazanc əldə edirlər.

O geyimlər, təbii ki, keyfiyyətsiz olacaq və uşaqlar üçün də təhlükəlidir. Geyimlərin orijinal olduğunu yoxlamaq üçün sertifikat tələb etsinlər. Vağzaldan, Bakı Tikiş Evinə aid olmayan müxtəlif satış məntəqələrindən geyimlər almasınlar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər