Məktəblilərin təhlükəsizliyi üçün Sumqayıtda daha bir layihə icra olunub

522

Azərbaycan Milli Avtomobil Klubu (AMAK), Beynəlxalq Avtomobil Federasiyası Fondu (FIAF) və Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansının (EASST) dəstəyi ilə həyata keçirdiyi “Məktəblər ətrafında yol hərəkəti təhlükəsizliyinin qiymətləndirilməsi” layihəsinin davamı olaraq Sumqayıt şəhər 4 nömrəli məktəb önündəki küçədə sentaybr ayının 14-də küçə transformasiyası həyata keçirməyə başlamışdır.

Məktəb önündə piyadaların təhlükəsiz hərəkətinin təmin olunması üçün səki formalaşdırılmış və məktəblilərin təhlükəsizliyi üçün sürətin azaldılması məqsədilə tramplinlər quraşdırılmışdır. Əsas məqsəd məktəblilərin hərəkət təhlükəsizliyinin təmin olunması məqsədilə sürət həddinin minimuma endirilməsi, infrastrukturun təkmilləşməsi və eyni zamanda uşaq arabaları üçün mobilliyin artırılmasıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər