Məleykə Abbaszadə magistraturaya hazırlaşanlara xəbərdarlıq etdi

749

“Magistraturaya sənəd verən bakalavrlar gecikirlər”.

Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, 8000 bakalavr magistratura ilə bağlı ixtisaslar seçməlidirlər: “İyunun 8-də ixtisas seçimində proqramların təsdiqlənməsi prosesi başlayıb. Lakin indiyədək yalnız 508 nəfər öz elektron ərizəsinə daxil olaraq, proqram seçib, ixtisası təsdiqləyib. Bu, çox aşağı rəqəmdir”.

Abbaszadənin sözlərinə görə, bakalavrlar proqram seçməyi və elektron ərizələrini təsdiqləməyi sürətləndirməlidirlər: “Biz hətta bakalavr deyil, ali məktəblərə qəbul prosesi zamanı abituriyentlərə 51 gün vaxt vermişdik. Lakin onların bir qismi elektron ərizələrini təsdiqləmədiklərindən, müddəti bir gün uzatdıq və 23 abituriyent öz ərizəsini təsdiqlədi. Eyni proses magistraturaya hazırlaşan bakalavrlarla da bağlı baş verir. İndidən deyirəm və bunun şahidi olacağam ki, müddət bitəcək, iyunun 15-də səhər saat 10:00-da TQDK-nın saytında proqramın seçilməsi və ixtisasın təsdiqi prosesi dayanacaq, bakalavrlar bizə müraciət etməyə başlayacaqlar. Onlar hələ də proqramları seçib ixtisasları təsdiq etdirmədiklərini bildirəcəklər. Ona görə də bakalavrlar sənədlərin sonuncu gününü gözləməməlidirlər”.

TQDK sədri növbəti dəfə belə bir prosesin olmaması üçün bakalavrları bir daha iyunun 15-ini gözləmədən bu günlərdə elektron ərizələrinə daxil olmağa və proqramları təsdiqləməyə çağırıb.
Ramiz MİKAYILOĞLU, lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • tofiq
    İyun 14, 2011 - 02:58

    Men oz sehifeme daxil olub ixtisaslari secdim. erizeni tesdiq et duymesini vurdum ve sehife dondu. Yuklenmeye oxsar isare cixir ekrana ve terpenmir. sehifeni bagladim, yeniden oz sifre ve is nomremi yazib girmek istedim, yene donmus sehife ile qarsilasdim. mence meleyke xanim bakalavr ve abituriyentleri gunahlandirmaq evezine bir oz sistemlerinin ne gunde islediyine baxsin

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər