“Mən deməmişəm ki, Dağlıq Qarabağ iştirak etməsə danışıqlar aparmayacam…” PAŞİNYANDAN SON BƏYANATLAR

1045

Bu gün Ermənistan parlamentində baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan deputatların Qarabağa dair suallarına cavab verməli olub. virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, növbədənkənar parlament seçkiləri ərəfəsində baş nazir postuna Paşinyanın namizədliyi “Yelk” fraksiyası irəli sürüb.

Paşinyan deyib ki, Qarabağ məsələsinin həlli üçün heç bir gizli variant mövcud deyil. “Mən dəfələlərlə demişəm ki, əgər danışıqlar prosesində xalqa açıqlanması zəruri olan variant meydana çıxsa mən onu xalqa açıqlayacam. Məsələnin hansısa gizli həll variantı tamamilə istisna olunur”-Paşinyan bildirib.

Ermənistan rəhbərinin sözlərinə görə, əgər hansısa variant Ermənistan əhalisinin və Milli Məclisin böyük üstünlüklə dəstəyini qazansa onu müzakirə edəcək. “Lakin ən həlledici amil Dağlıq Qarabağ əhalisi və onun hakimiyyətidir. Dağlıq Qarabağ hakimiyyəti danışıqlar prosesinə cəlb edilmədikcə biz məsələnin həllinə yaxınlaşa bilmərik”-Paşinyan belə deyib.

Paşinyan onu da bildirib ki, danışıqlarda təkcə Ermənistanın adından danışa biləcəyi, Dağlıq Qarabağı təmsil etmək üçün mandata sahib olmadığı haqda əvvəllər dediklərini düzgün yozmayıblar.

“Mən deməmişəm ki, Dağlıq Qarabağ danışıqlarda iştirak etməyənə qədər danışıqlar aparmayacam. Mən demişəm ki, Ermənistanın adından danışıqlar apara bilərəm, amma bunu Dağlıq Qarabağın və onun əhalisinin adından edə bilmərəm. Və bu da təbiidir, çünki Dağlıq Qarabağın əhalisi Ermənistanda dövlət hakimiyyətinin formalaşmasında iştirak etmir, onun öz hökuməti və hakimiyyət orqanları var”-Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Qarabağ məsələsinin həllində üç tərəfin-Ermənistanın, Dağlıq Qarabağın və Azərbaycanın maraqlarını nəzərə almaq lazımdır.

Virtualaz.org qeyd edir ki, Paşinyanın təsvir etdiyi həll mexanizmi absurddur və belə mövqe faktiki olaraq danışıqları pozmaqdır. Belə ki, Paşinyanın fikrincə danışıqlar prosesində hansısa münasib həll modeli meydana çıxsa əvvəlcə onu Ermənistan əhalisinin və parlamentinin müzakirəsinə çıxaracaqlar. Yəni Paşinyan həll planını İrəvanın mərkəzi meydanında xalqın müzakirəsinə çıxarmaq niyyətindədir. Əgər bu plan dəstək qazansa Paşinyan onun əsasında danışıqlar apara bilər. Hansı ki, meydanda səsə qoyulan planın neçə faiz dəstək qazandığı necə müəyyən olunacaq, bu da məlum deyil.

Digər tərəfdən Paşinyan danışıqlardan imtina etməsə də Dağlıq Qarabağın iştirakı barədə şərt irəli sürməkdə davam edir. Başqa sözlə, o danışıqlar apara bilər, amma özünün dediyi kimi Dağlıq Qarabağ iştirak etmədiyi üçün belə danışıqlarda irəliləyiş olmayacaq. Yəni söhbət formal danışıqlardan gedəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər