“Mən insanam” Qarabağ həqiqətləri kinofilmlərdə layihəsinin təqdimatı keçirilib

609

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Mən insanam” Qarabağ həqiqətləri kinofilmlərdə layihəsinin təqdimatı keçirilib. Layihənin icraçısı Çinarə Hüseynova bildirib ki, 2 ay ərzində, layihə çərçivəsində nəzərdə tutulan sənədli filmlər müxtəlif auditoriyalarda nümayiş etdiriləcək. “Sənədli filmlərə baxıldıqdan sonra müəyyən müzakirələr aparılacaq. Sənədli filmlər qısametrajlı olduğuna görə müzakirələrə, diskusiyalara kifayət qədər vaxt olacaq” deyə layihə icraçısı məlumat verib.

Qeyd edək ki, layihə çərçivəsində təqdim olunan filmlərin müəllifi Çinarə Hüseynova, rejissorları isə Ayaz Salayev və Elcan Məmmədovdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər